Nüydü abidələri
Nüydü abidələri — Ağsu rayonunun Nüydü kəndinin cənub-qərbində Nüydü düzündə aşkar edilmiş e.ə, 3—1 əsrləra aid arxeoloji kompleks.
Yaşayış yeri və qəbiristandan ibarətdir (sahəsi təqribən 10—12 ha-dır). Axtarışlar zamanı (1961, 1965) yaşayış yerindən çoxlu əmək aləti (dən daşları, kirkirələr, dəmir çin, təsərrüfat küpləri və s.), habelə çay daşından ev bünövrəsi, müxtəlif məişət avadanlığı və s., qəbiristandan isə saxsı qablar, bəzək şeyləri, müxtəlif silahlar (dəmir nizə, tuvc dəbilqə), ostoloji qalıqlar və s. aşkar edilmişdir. 1972—1973 və 1975-ci illərdə aparılmış arxeoloji qazıntılar zamanı isə (mədəni təbəqənin qalınlıqı təqribən 1,5 m) bina qalıqları, təsərrüfat quyusu, küplər, dəndaşı, daş toxa, çaxmaqdaşı və dəvəközüdəv alət qırıqları tapılmışdır.
Bir neçə küp qəbir istisna olmaqla, qəbiristan əsasən torpaq qəbirlərdən (təqribən 50 qəbir tədqiq edilmişdir) ibarətdir. Buradan çoxlu keramika, dəmir nizə, çapacaq, oraq, bıçaq, tuvc bilərzik, üzük, sırğa, sancaq, şüşə muncuqlar və s. aşkar edilmişdir. Üzəri bəzədilmiş müxtəlif çeşidli qırmızı və qara rəngli zərif saxsı məmulatı dulus küpəsində bişirilmişdir. Qazıntılar nətiçəsində gümüş pul dəfinəsi - Nüydü dəfinəsi və ayrı-ayrı sikkə nümunələri də aşkar edilmişdir.